İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq hesablaşmalarda dolların payı rekorda çatdı  

668 24.08.2023 13:43 İqtisadiyyat A A

İyul ayında SWIFT sistemi vasitəsilə beynəlxalq hesablaşmalarda ABŞ dollarının payı rekord həddə çatıb.

Musavat.com SWIFT-in aylıq RMB Tracker hesabatına əsasən xəbər verir ki, ötən ay sistem üzərindən gerçəkləşdirilən əməliyyatların 46,5 faizi(iyunda 39,4 faizi) dollarla aparılıb.

"Bloomberg" Agentliyinə görə, iyul göstəricisi dollar üçün rekorddur. On il əvvəl beynəlxalq hesablaşmaların üçdə biri dollarla həyata keçirilirdi.

İyulda beynəlxalq hesablaşmalarda ikinci böyük payçı 24,4 faizlə avrodur. İyunda onun payı 38,4 faiz idi. Beynəlxalq hesablaşmaların 7,6 faizi Böyük Britaniya funt-sterlinqi(iyunda 6 faiz), 3,5 faizi Yaponiya yeni (2,7 faiz), 3,1 faizi yuanla(2,2 faiz) həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR