İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəy 12 gündən sonra kişi ilə evləndiyini öyrəndi

1086 30.05.2024 22:12 Dünya A A

İndoneziyalı kişi daim cinsi əlaqədən qaçan gəlininin kişi olduğunu 12 gündən sonra anlayıb.

O, 26 yaşlı Adinda Kanza adlı xanımla “Instagram”da tanış olub. Cütlük bir müddət onlayn görüşdükdən sonra bir il üz-üzə görüşüb.

Adinda Kanza görüşlərdə üzünü tamamilə örtən niqab taxıb. Bəy bunu onun İslama bağlılığının əlaməti sayıb. “Xanım” sevgilisinə valideynlərinin öldüyüm deyib. Bundan sonra cütlük evdə kiçik toy mərasimi keçirib. Lakin A. Kanza davamlı olaraq menstruasiya dövründə olduğunu və ya özünü pis hiss etdiyini deyərək cinsi əlaqədən yayınıb, bununla da ərini şübhəyə salıb. Bundan əlavə, Adinda ərinin ailəsi ilə danışmaqdan imtina edib və evdə də niqabını çıxarmayıb.

Toydan 12 gün sonra bəy arvadının köhnə ünvanını tapıb və orada ailəsinin sağ olduğunu görüb. A. Kanzanın valideynləri bəyə evləndiyi insanın əslində, 2020-ci ildən qadın kimi görünməyə başlayan E.S.H adlı  kişi olduğunu deyib.

Qeyd edək ki, E.S.H var-dövlətini oğurlamaq üçün həmin bəy ilə evlənmək istədiyini etiraf edib. O, hazırda dələduzluq ittihamı ilə üzləşib. Bu ittihamlara görə onu 4 ilə qədər həbs cəzası gözləyir. Polis E.S.H-nin özünü qadın kimi göstərməyi xoşladığını və kişilərlə görüşərkən qadın rolunu oynadığını söyləyib.

İstintaq davam edir./Yenisabah.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR