İnsanlara hürriyət, millətlərə istiqlal!

Betonda basdırılmış uşaq qalıqları tapıldı - DƏHŞƏT/FOTO

1125 02.02.2024 20:12 Dünya A A

ABŞ polisi metal qutuda betona basdırılmış uşaqların qalıqlarını tapıb.

Musavat.com xəbər verir ki, polis istintaq çərçivəsində 2018-ci ildə 3 və 5 yaşlarında itkin düşən iki uşağı axtardıqlarını açıqlayıb.

İtkin düşən iki uşaqla betonda basdırılmış uşaq qalıqları arasında əlaqənin olması barədə məlumat verilməyib.

Açıqlamada deyilir: “Polis istintaq çərçivəsində iki uşağın yerini müəyyən etməyə çalışır. Uşaqların adlarının Jesus Dominguez və Yesenia Dominguez olduğu bildirilib. İstintaq göstərir ki, Jesus və Yesenia təxminən 2018-ci ilin yayından bəri görünmürlər. Yesenia Dominguez sonuncu dəfə göründüyü zaman təxminən 3 yaşında idi və indi 9 yaşında olardı. Jesus isə sonuncu dəfə göründüyü zaman təxminən 5 yaşında idi və indi təxminən 11 yaşında olardı. Pueblo polisi bu uşaqların yerini və təhlükəsizliyini təsdiqləmək istəyir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR