İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəs “blokada” nə oldu?

2454 17.01.2023 20:48 Yazarlar A A

Ermənilərin Laçın-Xankəndi yolundakı aksiyadan yapışıb Azərbaycana qarşı informasiya savaşı apardığı sirr deyil. Bunun belə olacağı aksiyadan öncə də aydın idi. Mənfur tayfanın mənsubları bizə qarşı qarayaxma kampaniyasını nə vaxt dayandırıblar ki? Hətta dinc sovet dönəmində də onların Azərbaycan xalqını aşağılamaq, şərləmək üçün hər fürsətdən yararlandığı haqda çoxsaylı faktlar var.

Unutmayaq, bu həmin əcaib toplumdur ki, dünyaya özünü yazıq, “vəhşi türklər” tərəfindən “genosidə məruz qalan” xalq kimi qəbul etdirmək üçün Sumqayıtda öz soydaşlarını belə qurban vermişdi. Eduard Qriqoryan ad-soyadlı qatil bu işdə xüsusi canfəşanlıq göstərmişdi. Yeri gəlmişkən, artıq sübut olunub ki, Sumqayıt hadisələrin təşkilatçıları məhz ermənilər olub. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynamışdı.

Çox maraqlıdır ki, Sumqayıtdakı qətliamın əsas fiqurantı olan E.Qriqoryana (6 dinc ermənini özü şəxsən öldürmüşdü) SSRİ məhkəməsi cəmi 12 il iş kəsdi, bir neçə ildən sonra o, Ermənistana verildi, ordan da azadlığa buraxıldı. Heç haylar ondan soruşmadılar da ki, niyə Sumqayıtda öz millətlindən olan günahsız adamları qətlə yetirdin? Onu linç də eləmədilər. Çünki Qrioqoryana daha “müqəddəs” missiya tapşırılmışdı: soydaşlarının qətli hesabına da olsa, Azərbaycanı dünyanın gözündə ləkələmək! Odur ki, onun telinə də toxunmadılar.

Təsadüfi deyil ki, bir müddət sonra müsahibələrinin birində Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan demişdi: “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə (SSRİ – Z.S.) rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi”.

Bunlar belə mənliyi, şərəfi olmayan yaramaz və qəddar məxluqdur. Hələ utanmazcasına özlərini dünyanın “ən qədim”, “ən mədəni”, “xristianlığı ilk qəbul edən milləti” hesab edirlər. Heç kimi bəyənmirlər. Hamını da nədənsə özlərinə borclu sayırlar...

“Qafqaz qaraçılarl”nın eyni “keyfiyyət nişanı” bir aydan çoxdur davam edən Laçın yolundakı aksiya ilə bağlı da qabarıq müşahidə eləməkdəyik. Məlum olur ki, “Şeytan yuvası”ndakı separatçı-quldurlara, o sırada rusiyalı julik-milyarder Ruben Vardanyana oradakı zavallı erməni əhalinin qida təminatı yox, əksinə, vəziyyətin daha da pisləşməsi, yaxud pis kimi təqdimatı lazımdır. Ki, yenə məzlum görkəmdə eyni havanı çalıb “timsah göz yaşları” töksünlər və Avropadakı, Amerikkadakı ürəyiyuxa insanları aldatsınlar.

Di gəl, dəvəquşu kimi başlarını quma soxsalar da, yekə quyruqları xeyli aralıdan görünür. Özləri-özlərini təkzib və ifşa edirlər. Təbliğatları yerimir və özlərinə qarşı çevrilir. İnternet-kommunikasiya əsrində, hər yandan kameraların “baxdığı” dövrdə yalanı gerçək kimi vicdanlı insanlara sırımaq sizə asan gəlməsin. Köhnə əyyamlar getdi.

Bu da növbəti fakt.

İrəvanın “Sputnik”i TG kanalı bu gün belə bir xəbər yayıb: “Rusiya sülhməramlıları “Ayer Miatsek” beynəlxalq xeyriyyə təşkilatı ilə birlikdə Dağlıq Qarabağın (Azərbaycanın Qarabağ iqtisadi zonasında RSQ-nın müvəqqəti yerləşdiyi ərazi – red.) Martuni (Xocavənd – red.) rayonunda 237 ailəyə humanitar yardım göstərib”.

Teleqram kanal müvafiq fotolar da dərc edib. Onlardan birində rus sülhməramlısı erməni sakinlərə ipli torbalarda portağal paylayır. Əslində bu da təəccüblü deyil. Rus hərbçilər müntəzəm olaraq yerli əhaliyə müxtəlif ərzaq məhsulları, dərs ləvazimatları və s. hədiyyə edir. Təəccüblüsü bu faktı erməni qaynaqlarının ictimailəşdirməsi, eyni zamanda, sırtıqcasına “genosid” ağlaşması qurmasıdır.

Bəs “blokada”? Nə barədə ki, erməni mediası, erməni rəsmiləri 37 gündür vay-şivən qoparır, hamını bezdirib, təngə gətiriblər. Blokada varsa, portağallar hardan peyda olub? Göydən yadplanetlilərmi atıb, ya vertolyotlardan tullayıblar? Əlbəttə yox. Onu rus hərbçilər Laçın yolu ilə gətiriblər.

HAŞİYƏ: aksiyaçılar bir ayda humanitar məqsədlə sülhməramlı kontingentin 450 avtomobilinə yoldan keçməyə icazə verib. 450! Eyni qaydada digər meyvə-tərəvəz və ərzaq məhsulları Xankəndinə çatdırılıb.

Bundan əlavə, “Sputnik” Xankəndindən müalicə üçün Ermənistana aparılan xəstələrdən birinin artıq geri qayıtdığını bildirib. Bu isı erməni mülki əhalinin də piket olan ərazidən problemsiz keçdiyini təsdiqləyir. Demək, “ayrı düşən ailələr”lə bağlı iddialar da getdi işinin dalınca.

Qısası, Qarabağdakı erməni əhali üçün humanitar böhranın heç “b”sı da yoxdur! Bunun etirafı üçün tələb olunan erməni abır-həyası kimi...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR