İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş ayda Rusiyaya 400 milyon yumurta idxal olunub

480 06.06.2024 14:30 Siyasət A A

Bu ilin beş ayı ərzində Rusiya rüsumsuz idxal çərçivəsində 400 milyon yumurta idxal edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İnterfaksa “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert açıqlayıb.

O bildirib ki, hazırda Rusiyada “yumurta ilə bağlı heç bir böyük problem görmür”.
Onun sözlərinə görə, gələcək tədarüklər bazarın vəziyyətindən asılı olacaq.

İranın Rusiyaya yumurta tədarük etmək niyyəti ilə bağlı xəbərləri şərh edən Dankvert bildirib ki, hazırda bu tədarüklə bağlı danışıqlar aparılmır.

Qeyd edək ki, keçən ilin sonunda, yumurtanın qiymətinin kəskin artması fonunda, Rusiya 2024-cü ilin birinci yarısı üçün onun idxalına rüsumları sıfırladı. Bunun 1,2 milyard ədədə qədər idxala imkan verəcəyi güman edilirdi. Rusiyaya yumurtanın əsas tədarükçüləri Belarus, Azərbaycan və Türkiyədir.

“Rosstat”ın məlumatına görə, yanvar-may aylarında Rusiyada yumurta istehsalı 2.4 faiz azalıb. Bu isə rüsumsuz idxalın müddətinin uzadılacağı ehtimalını artırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR