İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər həbs edilib

619 23.10.2022 12:07 Kriminal A A

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Vaqif Nadirov, Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR