İnsanlara hürriyət, millətlərə istiqlal!

Berbok: “ABŞ silahlarından imtina etmək sadəlövhlük olardı”

428 21.07.2024 20:02 Dünya A A

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Avropanın daha etibarlı müdafiəyə ehtiyacı var, buna görə də Rusiyanın bu istiqamətdə atdığı addımlar fonunda ABŞ-ın yeni raketlərindən imtina etmək sadəlövhlük olardı.

Musavat.com xəbər verir ki, bu barədə Berbok “Funke” media qrupuna verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Avropa özünü və Baltikyanı tərəfdaşlarını gücləndirilmiş çəkindirmə və əlavə silahlar vasitəsilə müdafiə etməlidir:

“Başqa hər şey soyuqqanlı Kremlə münasibətdə nəinki məsuliyyətsizlik, həm də sadəlövhlük olardı”.

Nazirin fikrincə, Rusiya tərəfi “arsenalını daim genişləndirir”.

İyulun 10-da ABŞ və Almaniyanın birgə bəyanatında deyilir ki, Vaşinqton 2026-cı ildə Almaniya ərazisində hazırda Avropanın hər hansı bir yerində yerləşdirilənlərdən daha geniş diapazonlu yeni silahlar yerləşdirməyə başlayacaq. Rusiya isə bu addıma adekvat cavab veriləcəyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR