İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

521 20.11.2022 11:30 İdman A A

İspaniyanın "Real" futbol komandasının və Fransa yığmasının hücumçusu Kərim Benzema zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə bazar günü Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Benzema əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.

"Bu dünya çempionatının karyerasında əsas məqsədi olan Kərimə təəssüf edirəm. Fransa millisi üçün bu itkiyə baxmayaraq, mən öz komandama güvənirəm. Bu böyük sınaqdan tab gətirmək üçün hər şeyi edəcəyik", - Fransa millisinin baş məşqçisi Didye Deşam açıqlama verib.

Xatırladaq ki, Pol Poqba (“Yuventus”) və Nqolo Kante (“Çelsi”) də zədə səbəbindən Fransa yığmasının tərkibində dünya çempionatında iştirak edə bilməyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR