İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzema dünya çempionatını buraxa bilər

829 20.11.2022 03:27 İdman A A

Fransa millisinin hücumçusu Kərim Benzemanın DÇ-2022-də iştirakı sual altına düşüb.

Məlumata görə, futbolçu əzələ zədəsi səbəbindən noyabrın 22-də Avstraliya ilə keçiriləcək oyunda iştirak etməyəcək. O, məşq zamanı sol qvadriseps nahiyəsində kəskin ağrı hiss edib.

Bildirilir ki, futbolçu MRT müayinəsindək keçəcək. Bununla da zədənin xarakteri və şiddəti aydınlaşacaq. Lakin ilkin məlumatlar Benzemanın Qətərdəki turniri buraxma ehtimalının olduğunu göstərir.

Qeyd edək ki, bu mövsüm “Qızıl Top”un sahibi olan Benzema “Real Madrid”in heyətində La Liqada 7 oyuna çıxıb və 5 qol vurub.

Mənbə: sports.ru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR