İnsanlara hürriyət, millətlərə istiqlal!

Beniamin Matevosyan: “Paşinyanın çıxışı onun öz xarici siyasətinin uğursuzluğunun təsbitidir”

442 18.10.2023 15:32 Siyasət A A


“Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqdakı çıxışı əslində, Ermənistanın xarici siyasətinin vektorunu dəyişdirmək kursunu sistemləşdirməsi idi”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Beniamin Matevosyan öz Telegram kanalında yazıb.

Matevosyanın fikrincə,  Paşinyan çıxışında Putinin onu devirmək istədiyini və bunun üçün müxtəlif yollara baş vurduğunu söyləməyə çalışıb

Erməni politoloqun rəyinə görə, Ermənistan baş nazirinin çıxışı əslində, özünün xarici siyasətinin uğursuzluğunun təsbitidir:

 “Avropa Parlamentinin tribunasından AB-ni “erməni demokratiyasını dəstəkləməyə” və Bakını danışıqlar masasına gətirmək çağırışı bunu göstərir.

Həmin çıxışda baş nazirin “anklavlar mövzusunda danışıqlara” (başqa sözlə, anklavları Azərbaycana təhvil verməyə) hazır olduğunu söyləməsi  hökumətyönlü təbliğatın yoxsulluğunu bir daha nümayiş etdirdi. Halbuki oktyabrın 5-də Qranadada Paşinyan administrasiyasının rəhbəri belə bir mövzunun danışıqların gündəmində belə olmadığına cəmiyyəti inandırmağa çalışırdı”,-deyə Matevosyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR