İnsanlara hürriyət, millətlərə istiqlal!

Beniamin Matevosyan: “Hakimiyyət “qoşulmayan Ermənistan” siyasi mifini təbliğ edir"

767 13.11.2023 17:07 Dünya A A


“Rəsmi İrəvan “qoşulmayan Ermənistan” siyasi mifini təbliğ edir. Bu, nə üçündür?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Politoloq Beniamin Matevosyan öz Telegram kanalında yazıb:

“Postsovet məkanında baş verən bütün inqilablar açıq geosiyasi seçimin tətbiqi məntiqi ilə baş verdi: “Rusiyamı, yoxsa Qərbmi”?

Ermənistanda 2018-ci ildən geosiyasi aspekt tamamilə yox idi. Bu proses düzgün hesablanıb: əgər o anda sual “Rusiya tərəfdarısınız, yoxsa Qərb” şəklində qoyulsaydı, Respublika meydanında və İrəvan küçələrində qüvvələr nisbəti, hamçinin rəsmi Moskvanın da münasibəti fərqli olardı. Çünki mitinqlər “korrupsiya və mənimsəməyə qarşıyıq” adı altında təşkil olunurdu.

Hələ o zaman bir sıra ekspertlər, siyasətçilər və fəallar mitinqlərdə geosiyasi ritorikanın olmamasını gözdən pərdə asmaq məqsədi daşıdığını deyirdilər. Onların fikrincə prosesin məqsədi təkcə Qarabağı təslim etmək deyil, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, İranı dövrəyə almaqdır. Sonrakı hadisələr isə bu təxminlərin doğruluğunu sübut etdi.

Ermənistan hökumətinin yüksək rütbəli nümayəndələrinin (Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə “Ermənistan bloklara qoşulmayan dövlətə çevrilmək imkanını nəzərdən keçirir” ) bəyanatlarından görürük ki, hakimiyyət də eyni hiyləgərliyi həyata keçirmək niyyətindədir. Əslində, məqsəd KTMT və MDB-dən uzaqlaşmaqdır.

“Qoşulmama” mifi onlara Moskva və Tehranın reaksiyasını yumşaltmaq, həmçinin ermənilərin Paşinyan iqtidarının  fəaliyyətinin Bakı və Ankaradan yeni hücumlara səbəb olduğunu anlamaması üçün lazımdır. Bütün hökumətyönlü media və ekspertlər isə Nikol Paşinyanın  ölkəni “parlaq Avropa və NATO gələcəyinə” apardığını bildirir”,-deyə Matevosyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR