İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəndər-Abbasda zədələnən İran gəmisi batdı

487 09.07.2024 18:12 Dünya A A

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Səhənd” esminesi iyulun 7-də Bəndər-Abbas limanında qəzaya uğradıqdan iki gün sonra batıb.

Musavat.com xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.

Məlumata görə, esmines stabilləşdirilərək başqa yerə çəkildikdən sonra onu saxlayan tros məftillər qırıldığı üçün yenidən əyilib və batıb.

“NourNews” zərərçəkənlər barədə məlumat vermir.

İyulun 7-də “Tasnim” agentliyi İran Hərbi Dəniz Qüvvələrinin gəmisinin təmir işləri zamanı çənlərə su daxil olması səbəbindən əyildiyi, hadisə nəticəsində gəmiyə cüzi zərər dəydiyinə dair məlumat yaymışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR