İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə üzvünüzün adından sizə zəng edə bilərlər - XƏBƏRDARLIQ

598 28.07.2024 09:14 Ölkə A A

Süni intellektlə bank əməkdaşı, ailə üzvü adından sizinlə danışıqlar aparıla bilər.

Musavat.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

"Ehtimalların kiber məkanda hədəfi qurbandır. Çünki kiber məkanda şans yoxdur, olmur. Göstərilirsə, təşviq edilirsə, yalandır. Bilməlisiniz ki, naməlum şəxslərin təklifləri, qazanc vədləri sizi tələyə salacaqdır. Bank kartı ilə əlaqəli şəxsi məlumatlarınızı heç kimə verməyin. Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü - qohum adından danışıqlar aparıla bilər. Diqqətli ol ki, qurbana çevrilməyəsən", - E.Hacıyev qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR