İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika - Azərbaycan oyununun hakimləri bəlli olublar

628 16.11.2023 17:58 İdman A A

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək Avro-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Gerqo Boqara Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdirlər. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR