İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus Qazaxıstan neftinin tranzit haqqını kəskin artırdı

396 25.01.2024 13:12 Dünya A A

Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi (MART) ölkə ərazisindən tranzit neft daşınması tariflərini qaldırıb.

Musavat.com-un məlumatına görə, MART-ın mətbuat xidməti idarənin 2024-cü il fevralın 1-dən qüvvəyə minən 2 nömrəli qərarına istinadən bildirir ki, “neftin respublika ərazisindən tranzit nəqli və daxili istehlak tarifləri 10,2% indeksləşdirilib”.

Bu gün Milli Hüquq İnternet Portalında dərc olunan sənədə əsasən fevralın 1-dən neftin Uneça (Vısokoe) - Adamova Zastava kəməri (Rusiya sərhədindən Polşa sərhədinədək Almaniya istiqamətində) ilə daşınması tarifi 1ton üçün 38 faiz - 455,94 Rusiya rublundan (1 fevral 2023-cü il tarixindən etibarlıdır) 629,26 rubla qədər (ƏDV istisna olmaqla) artacaq.

Uneça (Vısokoe) - Brodı (Rusiya ilə sərhəddən Ukrayna, Macarıstan, Slovakiya və Çexiya istiqamətində) hissəsi ilə neftin nəqli tarifi 10,2 - 1 ton üçün 215,78 Rusiya rubluna qədər artırılıb.

Belarusun özünün neft emalı zavodları (Naftan və Mozır neft emalı zavodları) üçün magistral neft kəmərləri ilə neftin nəqli tarifləri 10,2% artırılıb (Belarus rublu ilə müəyyən edilib).

Daha əvvəl bildirilmişdi ki, dekabrda Belarus öz ərazisi ilə Avropaya neft nəqli tariflərinin artırılması üçün yeni variant təklif edib. “Kommersant” qəzeti yazır ki, hazırda yalnız Qazaxıstan neftini daşıyan “Drujba” neft kəmərinin şimal qolu üçün Minsk tarifin 43 faiz, Rusiyadan tədarükün davam etdiyi cənub qolu üçün isə 14,5 faiz artırılmasını təklif edib.

Nəşrin məlumatına görə, Belarusun neft nəqli sisteminin operatoru “Gomeltransneft Drujba” noyabrın 17-də “Transneft”ə 2024-cü il fevralın 1-dən onun ərazisindən neft tranziti üçün tariflərin artırılması təklifi ilə məktub göndərib. Məktubda tranzit marşrutlarında yük dövriyyəsinin 2022-ci illə müqayisədə təxminən beş dəfə, o cümlədən Adamovoda 17 dəfə azalmasına səbəb olan “gözlənilməz hallar” nəzərdə tutulur. Söhbət Polşa və Almaniyanın sanksiyaların tətbiqi fonunda Rusiya neftini qəbul etməkdən imtina etməsindən gedir. Qəzet qeyd edir ki, hazırda “Drujba”nın şimal qolu ilə Avropaya yalnız Qazaxıstandan xammal daşınır və bu il üçün proqnoz həcmi 1,2 milyon tondur.

2022-ci ildə Belarusun magistral neft kəməri sistemi ilə nəqli 7,3 faiz azalaraq 49,6 milyon tona düşüb. Müəssisə 2021-ci ildə 53,5 milyon ton, 2019-cu ildəki 63 milyon tona qarşı 2020-ci ildə 61,5 milyon ton neft nəql edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR