İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus Prezidenti Moskvaya işgüzar səfərə gedib

367 11.04.2024 19:48 Dünya A A

Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya işgüzar səfərə gedib.

Bu barədə BELTA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Lukaşenkonu ölkənin ilk qadın kosmonavtı Marina Vasilevskaya müşayiət edir.

O, aprelin 11-də Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq, ertəsi gün isə Kosmonavtika Günü ilə bağlı tədbirlərdə iştirak edəcək.

Bildirilib ki, iki ölkə liderləri danışıqlarda ən yüksək səviyyədə nəzərdən keçirilməsini tələb edən məsələlərə toxunacaqlar, regional və beynəlxalq vəziyyəti, çağırış və təhdidlərə cavab tədbirlərinin əlaqələndirilməsini müzakirə edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR