İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus Ağdamda müasir kənd təsərrüfatı şəhərciyi TİKƏCƏK

488 06.06.2024 12:51 Siyasət A A

Belarus Ağdam rayonunda müasir kənd təsərrüfatı şəhərciyi tikəcək.

Musavat.com BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko hökumətlərarası komissiyanın iclası zamanı deyib.

Petrişenko Belarusun Azərbaycanın Qarabağ bölgəsinin dirçəlişinə töhfə verəcəyini də bildirib. Əsas layihələrdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin, habelə fəhlələr və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin yaradılması olacaq.

“Biz bu əhatəli layihənin konsepsiyasını dövlət başçılarına təqdim etməyi planlaşdırırıq”, - deyə o əlavə edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR