İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhruz Məhərrəmov: “Bu dövlətlə dövlətçilik etmək olmaz”

628 04.04.2023 11:57 Son xəbər A A

“Deputat həmkarımız Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanlarını nəyəsə məcbur edilməsinə hesablanmış addım idi. Amma Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin nəzarətində olan, ictimai qayda, ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir”. Deputat Bəhruz Məhərrəmov bu fikirləri Milli Məclisdəki çıxışında söyləyib.

Onun sözlərinə görə, cənab ilham Əliyev uzunmüddətli fəaliyyət və nəhayət 44 günlük savaşla elə bir geosiyasi konfiqurasiya yaradıb ki, bu bölgədə proseslərin ümumi gedişatını Azərbaycan müəyyən edir: “Bu kimi terror aktları, bu terrorun ardınca ölkə daxilində xəyanətkar bağırışmalar nəyisə dəyişə bilməz. Kimdir bu xəyanətkarlar? İlk növbədə şərəfini heysiyyatını İrana satanlar. Əbalı narkobaronların və əmmaməli terrororistlərin yuvası İran öz yerində, indi daxildəki digər və əsas xəyanətkar qrup antimilli Şura nə edir? Siz onların rəhbərlərinin bircəciyinin İranın bu mövqeyinə etirazlarını eşitmisizmi? Biri təqsirsizlik prizumpsiyasından danışır, digəri İranı, onun agentlərini günahsız çıxarmağa çalışır. Necə ki, bundan öncəki vətən xainlərini utanmazcasına siyasi “qəhramana” çeviriblər, bu gün də eyni ampluada. Bu cür siyasi fəaliyyət olarmı? Vətən xainini müdafiə etmək Vətənə xəyanətin ən ağır formasıdır. Əminəm ki, bu xəyanətkarlar Fazil Mustafaya qarşı terrora görə qısa müddət ərzində saxlanılan şəxsləri yaxın günlərdə siyasi məhbus elan edib xəyali siyahılarını genişləndirəcəklər. Bu siyahının genişlənməsində maraqlı olan Fransa kimi dövlətlər, Avropa Parlamenti korrupsiya yuvası, USAİD kimi təxribat mərkəzləri hazırdır. Amma olsunlar, buyursunlar bundan da çox hazırlaşsınlar, nəticədə nəyi dəyişə bilirlər?”

B.Məhərrəmov qeyd edib ki, son 3 ayda Laçın yolu ilə bağlı qəbul etmədikləri qətnamə, vermədikləri bəyanat qalmadı: “Nəyə naail oldular? Prezident İlham Əliyevin iradəsinə təsir edə bililərmi? Türkiyə türklərinin bir sözü var, adam kimi adam. Məhv etdi hamısını, Sorosunu da, Fransasını da. Köstəbək kimi gizli yollarla silah daşıyırdılar, indi daşısınlar görək necə daşıyırlar. Yəqin ki, Şuşadnın daha iki kəndində nəzarəti bərpa etməyimizlə bağlı görüntüləri hamınız gördüz, budur cənab İlham Əliyevin cavabı. Budur Heydər Əliyevin yolu! Cənab İlham Əliyev pis bir şey təklif etmir ki, sadəcə deyir ki, getmiyin girmiyin o torpaq yollara, hazır yol çəkmişik, gəlin insan kimi buraxılış məntəqəmizdən keçin, gedin!”

B.Məhərrəmov daha sonra digər anti-Azərbaycan qüvvələrə xəbərdarlıq etdi: “Eyni zamanda daxildəki o xəyanətkar ünsirlər bir nəticə çıxarsınlar, onlar da artıq çıxsınlar bu torpaq yollardan, bataqlıqlarda, çirkabdan, əl çəksinlər gizli əməkdaşlıqlardan, xaricdə himayəçilər axtarmaqdan. Bu dövlətlə dövlətçilik etmək olmaz. Mən bir daha sözümün əvvəlinə qayıdım, bildiyiniz kimi, Fazil Mustafaya qarşı terror hücumunda təqsirli bilinən şəxslər ən qısa zamanda yaxalandı. Bu hər kəsə, ələxsus İranın Azərbaycandakı digər tör-töküntülərinə dərs oldu. Təbii ki, bu son deyil, Dövlət Molla rejiminin Azərbaycandakı manqurtlarına, şəxsinə aid bəzi şeyləri Qumda buraxıb, Tehranda axtaran dövlət düşmənlərinə münasibətdə əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam ediləcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR