İnsanlara hürriyət, millətlərə istiqlal!

BDU-nun itkin düşən 19 yaşlı tələbəsinin meyiti tapıldı – FOTOLAR

2136 27.03.2022 18:09 Hadisə A A

Bakı bulvarında dənizdə meyit tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

"Report"un xəbərinə görə, İlkin Qənbərli BDU-nun Geologiya fakültəsinin tələbəsi olub.

O, mart ayının əvvəli itkin düşmüşdü.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır. 19 yaşlı gəncin hansı səbəbdən öldüyü araşdırmalardan sonra məlum olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR