İnsanlara hürriyət, millətlərə istiqlal!

BDU-da yeni ixtisaslar açılacaq

3456 14.06.2024 13:32 Təhsil A A

2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriatura və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.

BDU-dan Musavat.com-a verilən məlumata görə, yeni tədris ilindən etibarən BDU-da bakalavriatura səviyyəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə ilk dəfə olaraq kadr hazırlığına başlanılacaq.

Magistratura səviyyəsində isə 7 yeni ixtisaslaşma açılacaq. Bunlar “Korreksiyaedici təlimin metodika və metodologiyası”, “Ölkəşünaslıq (Qazaxıstan üzrə)”, “Ölkəşünaslıq (Özbəkistan üzrə)”, “Ərzaq məhsullarının ekspertizası və marketinqi”, “Şəhər kadastrı”, “Akvabitkilər”, “Mədəniyyət hüququ” ixtisaslaşmalarıdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR