İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramovla Lavrov arasında görüş başa çatıb - VİDEO

661 19.05.2023 13:28 Siyasət A A

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-nin Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov Ceyhun Bayramov görüşündə ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəmdə duran məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrılıqda ikitərəfli görüşləri keçiriləcək. Görüşlərdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunacaq.

***

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR