İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayraktar Kızılelma”-nın növbəti uçuşu olub, gələn il kütləvi istehsalı planlaşdırılır -VİDEO

1067 16.04.2023 18:35 Gündəm A A

Gələn il Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”-nın kütləvi istehsalına başlanılması planlaşdırılır

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, “Baykar” şirkətinin ərsəyə gətirdiyi “Bayraktar Kızılelma”-nın dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatıb.

İndiyə qədər iki prototipi hazırlanan “Bayraktar Kızılelma”-nın təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Qeyd edilib ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin 2024-cü ildə kütləvi istehsalına başlanılması planlaşdırılır.

“Bayraktar Kızılelma”-nın dünyanın ilk silahlı pilotsuz hava aparatları gəmisi olan “TCG Anadolu”-dan 2025-ci ildə uçuş testlərinə başlayacağı gözlənilir.

Qeyd edək ki, “Bayraktar Kızılelma”-nın ilk uçuşu 14 dekabr 2022-ci ildə olub.

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR