ABŞ Prezidenti Co Bayden Ukraynaya verilən hərbi yardım üçün ayrılan 4 milyard dolların demək olar ki, tamamını xərcləyə bilməyib. Qalan məbləğ Konqres tərəfindən Donald Trampın administrasiyasına veriləcək.
Musavat.com xəbər verir ki, bundan əvvəl ABŞ-ın Müdafiə Naziri Lloyd Ostin ABŞ-ın Ukraynaya yeni 500 milyon dollarlıq hərbi yardım paketi təqdim etdiyini açıqlamışdı. Bu paketə "hava-yer" tipli sursatlar və Ukrayna Silahlı Qüvvələrinə verilmiş F-16 təyyarələri üçün avadanlıqlar daxil olacaq.
Bu, Bayden administrasiyasının Ukraynaya təqdim edəcəyi son hərbi yardım paketi olacaq.
Musavat.com