İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Trampı “axmaq” adlandırıb, Tramp “rüsvayçılıqdır" deyib

449 03.02.2024 17:53 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki qərargahı hazırkı dövlət başçısı Co Baydenin onun haqqında dediyi ədəbsiz ifadələrə münasibət bildirib. O bildirib ki, bu sözlər həm də Trampın bütün tərəfdarlarına hesablanıb.

Musavat.com xəbər verir ki, bu barədə fevralın 3-də “New York Post” məlumat yayıb.

“Bayden məni xəstə dəli adlandırdı! Bilirsiniz ki, o, təkcə mənim haqqımda deyil, qürurlu tərəfdarlarımın hər biri haqqında belə düşünür”, – Tramp kampaniyası tərəfdarlarına “töhfə vermələrini” xahiş edən daxili məktubda deyilir.

Kampaniya sözçüsünə görə, Baydenin sözləri "təəccüblü olmasa da", yenə "rüsvayçılıqdır".

Fevralın 1-də “Politico” Baydenin çoxdankı dostları və yaxınları ilə söhbətində Trampı "xəstə bir axmaq" kimi təsvir etdiyini, eyni zamanda onun haqqında nalayiq sözlər işlətdiyini bildirib. Məqalə müəlliflərinin fikrincə, bu, Amerika liderinin sələfinə qarşı qəzəbindən xəbər verir. Nəşr əlavə edir ki, bu davranış siyasətdə sərtliyi və kobudluğu azaltmağın tərəfdarı olan ABŞ prezidentinin ictimai imicinə ziddir.

Bundan əvvəl, yanvarın 27-də Cənubi Karolinada seçkiqabağı şam yeməyində çıxış edən Bayden sələfini tənqid edib və onu “məğlub” adlandırıb. O, Trampın səhhətinin yaxşı olmadığını və ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Nikki Heyli ilə Nensi Pelosini bir-birindən ayıra bilmədiyini deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR