İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Şoltsla onun Çinə səfərini və Ukraynaya yardımı müzakirə ediblər

445 07.11.2022 01:12 Dünya A A

ABŞ Prezidenti Co Bayden Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. ABŞ lideri Şoltsla onun Çinə səfərini və Ukraynaya əlavə yardımları müzakirə edib.

Tərəflər beynəlxalq nizamın qorunması, insan hüquqlarına hörmət və ədalətli ticarət təcrübələrinə dair birgə öhdəliklərini xatırladıb.

“Liderlər Rusiyanın nüvə silahı ilə bağlı son təhdidlərini məsuliyyətsizlik adlandırıb. Bundan əlavə Bayden və Şolts ABŞ və Almaniyanın Ukraynaya iqtisadi, humanitar və hərbi yardım göstərməklə bağlı birgə öhdəliklərini vurğulayıblar”,- deyə bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR