İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyini bildirib

1385 21.06.2023 21:47 Son xəbər A A

ABŞ lideri Co Bayden Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Kaliforniyada bir qrup partiya donoru qarşısında çıxış edərkən bildirib.

“Bir neçə il əvvəl burada Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxdı. Mən Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə mənə yenə eyni cür reaksiya göstərdilər. Halbuki bu olduqca realdır”, - deyə Bayden danışıb.

Bundan əvvəl ABŞ Prezidenti Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsini “tamamilə məsuliyyətsizlik” adlandırmışdı.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bu açıqlamaya reaksiya verərək nüvə silahının Co Bayden kimi birisinin əlində olmasını fəlakət adlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR