İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden: Mənim göstərişimlə BOMBALANIR

1106 03.02.2024 02:38 Son xəbər A A

Bayden ABŞ-ın Yaxın Şərqdə İranın dəstəklədiyi qüvvələrə qarşı zərbələr endirməsi haqqında danışıb. 

Musavat.com xəbər verir ki, Bayden zərbə əmrini özü verdiyini bildirib: “Keçən bazar günü İordaniyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi silahlı qruplar tərəfindən buraxılan pilotsuz uçan aparat nəticəsində üç Amerika əsgəri öldürülüb. Bu gün günortadan sonra mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyadakı hədəflərə zərbələr endirib".

Bayden daha sonra əlavə edib: "Cavabımız bu gün başladı. İstənilən vaxt və bizim seçdiyimiz yerdə davam edəcək. Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma qoy bizə zərər vurmaq istəyənlərin hamısı bunu bilsin: Amerikalıya zərər versəniz, cavab verəcəyik”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR