İnsanlara hürriyət, millətlərə istiqlal!

“Başa düşmürlərsə, “tərkib hissəsi" olmasınlar, çıxıb getsinlər” - Qarabağ erməniləri üçün çıxış yolu

955 28.02.2023 19:59 Siyasət A A

“Ermənilərin nə düşündüyünün heç bir mənası yoxdur. Onların özlərini Azərbaycanın tərkib hissəsi sayıb-saymaması da önəmli deyil”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri Qarabağdakı separatçıların revanş cəhdlərini Musavat.com-a şərh edərkən söyləyib. Partiya rəhbəri deyib ki, ermənilərin yaşadığı ərazilər Azərbaycan torpağıdır, orada yaşayan ermənilər bunu başa düşmürllərsə, “tərkib hissəsi" olmasınlar, çıxıb getsinlər: “Azərbayca indiki situasiyada bu məntiqdən çıxış edərək siyasət yeridir”.

Bu günlərdə Azərbaycan rəsmiləri ilə Qarabağdakı erməni icmasının təmsilçilərinin görüş faktına və separatçıların bu görüşün məqsədini başqa səmtə yönəltmək cəhdinə gəldikdə, A.Nağı dedi ki, Bakı və Xankəndi nümayəndəlıfinin görüşü qeyd olunduğu kimi, təsərrüfat xarakterli məsələlərə aid olub: “Bakıdan göndırilən nümayəndılər digər regionlarımız kimi, burada da, məsələn, təbii qaz və elektrik enerjisinin verilməsi ilı bağlı problemləri aradan qaldırmaq üçün oraya ezam olunub: “Onlar da yerli nümayəndələrlə görüşüb. Məsələyə bu mıvqedən yanaşmalıyıq. Bu, onu göstərir ki, Azərbaycan artıq uzun illər işğal altında qalmış əraziləri də digər inzibati ərazilər statusunda idarə etməyə başlayır”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması zərurəti ilə bağlı müzakirələrə Rusiya XİN rəhbərinin fərqli mövqe sərgiləməsinə gəldikdə, A.Nağı qeyd etdi ki, Azərbaycan hansısa məqamlarda Rusiyanın dediklərini nəzərə ala bilər: “Amma bu, o demək deyil ki, rəsmi Moskcanın dedikləri ilə oturub-durmalıdır. Azərbaycanın maraqları Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulmasını tələb edir. İnanırıq ki, Azərbaycan hakimiyyəti dövlət maraqlarından geri çəkilməyəcək”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR