İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş terrorçu Arayik Arutyunyandan “kadr” dəyişikliyi

645 16.01.2023 12:36 Region A A


Qarabağdakı separatçı-terrorçu qurumun başında duranlar hələ də Azərbaycan dövlətinin əsəblərini tarıma çəkməkdə davam edirlər.

Son günlərdə baş terrorçu Arayik Arutyunyanın “kadr dəyişikliyi” ilə bağlı “fərmanlar” imzalaması da bundan xəbər verir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Arutyunyan general-mayor Aşot Hakobcanyanı “milli təhlükəsizlik xidmətinin direktoru” vəzifəsindən və iş stajına görə təqaüdə çıxması ilə əlaqədar milli təhlükəsizlik orqanlarında xidmətdən “azad edib”.

General-mayor Ararat Melkumyan isə qondarma qurumun “təhlükəsizlik şurasının katibi” vəzifəsindən azad edilərək “milli təhlükəsizlik xidmətinin direktoru” təyin edilib. Samvel Şahramanyan “təhlükəsizlik şurası katibinin müavini” vəzifəsindən azad edilərək, “təhlükəsizlik şurasının katibi” təyin edilib.

İstisna deyil ki, Arutyunyan “təhlükəsizlik” sahəsindəki kadrları yeniləməklə onun “başını yemək” üçün Xankəndiyə gəlmiş Ruben Vardanyanla mübarizədə yerini möhkəmləndirmək istəyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR