İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb

1678 26.06.2022 20:50 Kriminal A A

Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, iyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkənin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Çapay Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR