İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirdən şok: Rusiya 9 Mayda müharibə elan edəcək - CANLI

2210 06.05.2022 15:23 Gündəm A A

“Rusiya mayın 9-da Ukraynaya qarşı müharibə elan etmək niyyətindədir”. Bunu Ukraynanın Baş Naziri Denis Şmıqal brifinqdə bildirib.

“Tərəfdaş ölkələrin kəşfiyyat xidmətlərinin məlumatına görə, mayın 9-da Rusiyanın Ukraynaya müharibə elan etmək niyyəti var. Başa düşürük ki, belə söhbətlərin müzakirəsi yüksək siyasi rəhbərlik səviyyəsində aparılır. Bu baş verəcəkmi – görərik”, - o söyləyib.

D.Şmıqal qeyd edib ki, belə bir ssenari baş verərsə, bu, Rusiyanın sivil demokratik dünyaya müharibə elan etməsinin növbəti təsdiqi olacaq: “Ukrayna öz azadlığını, ərazisini, suverenliyini, ailələrimizin həyatını və torpaqlarımızı müdafiə edəcək. İstənilən halda biz işğalçı üzərində tam qələbəyədək mübarizə aparacağıq”.

Gündəmin ikincisi mərkəzi Ermənistandır. İrəvanda müxalifətin keçirdiyi itaətsizlik aksiyası zamanı etirazçılarla polis arasında toqquşma baş verib. Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, bu gün müxalifət tərəfdarları İrəvanın Argişti küçəsi ilə Maştots prospektinin kəsişməsində nəqliyyatın hərəkətini bloklayıblar. Təxminən saat yarım sonra polislərlə etirazçılar arasında toqquşma baş verib.

Güc strukturları əməkdaşlarına etirazçıları yoldan çıxarmaq üçün bir neçə dəqiqə lazım olub.

Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev deyib ki, Ermənistanda keçirilən etiraz aksiyaları ölkənin daxili işidir.

“Bu, Ermənistanın daxili işidir. Biz müttəfiq respublikanın sabit, təhlükəsiz və dinc inkişafında maraqlıyıq. Bizim prinsipimiz belədir ki, bütün məsələlər müstəsna olaraq hüquqi və Konstitusiya müstəvisində müvafiq demokratik prosedurlar çərçivəsində həll olunmalıdır”, - o bildirib.

O, mitinqlərin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi ilə əlaqələndirilməsinə də toxunub:

Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Brüsseldə görüş keçirmiş Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda deyib ki, sülh danışıqları “5+6” gündəliyi əsasında, yəni Bakının təklif etdiyi bəndlərə İrəvanın irəli sürdüyü 6 bəndin əlavə edildiyi gündəlik əsasında başlamalıdır.

Qriqoryanın bəhs etdiyi “5+6” düsturuna gəlincə, bu düstur Azərbaycanın təklif etdiyi prinsiplərin (5) Ermənistanın təklifləri ilə (6) birləşdirilməsini nəzərdə tutur. O qeyd edib ki, Azərbaycan suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını, gələcəkdə ərazi iddialarından imtinanı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin (sovet dövrünə əsasən) delimitasiyasında və demarkasiyasını, sülh müqaviləsinin bağlanmasını zəruru sayır və Ermənistan tərəfi bunu qəbul edir. Amma Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini də istəyir. Qriqoryanın sözlərinə görə, bu məsələlər Azərbaycanla müzakirə olunur.

Qriqoryan həmçinin Ermənistan və Azərbaycan arasında anklavların qaytarılmasının baş tutmayacağı, 90-cı illərin əvvəllərində işğal edilmiş üç Azərbaycan anklavının və bir Ermənistan anklavının mübadilə edilə biməyəcəyini iddia edib.

TVMusavat-ın canlı efirində “Vətəndaş” İctimi Birliyinin sədri, hüquqşünas Günel Səfərova regiondakı son vəziyyətlə bağlı danışır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR