İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir MÜHÜM QƏRAR imzaladı

2715 08.09.2023 19:05 İqtisadiyyat A A

“Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarın 2.1.4 bəndindəki dəyişikliyə əsasən, məsləhətləşmə zonalarında başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında həm Energetika Nazirliyi, həm də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə əvvəlcədən razılaşdırılmalıdır.

Əvvəllər bu razılıq yalnız Energetika Nazirliyi ilə aparılırdı.

Qeyd edək ki, ASME B31.8 standartına (Amerika Mühəndis-Mexaniklər Cəmiyyətinin B31.8 nömrəli standartı) uyğun olaraq CQ və CQG boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR