İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona”dan Dani Alves qərarı

840 27.02.2024 21:37 İdman A A

Dani Alves “Barselona”nın əfsanələri siyahısından çıxarılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı İspaniya nəhəngi verib.

Daninin klubun rəsmi saytındakı əfsanələr bölümündə yerləşən profili silinib. Bununla da uzun illər La Liqa təmsilçisinin formasını geyinən braziliyalı müdafiəçi əfsanələr sırasından çıxarılıb.

Belə addım atılmasına Alvesin seksual zorakılığa görə azadlıqdan məhrum edilməsi səbəb olub. Məhkəmənin hökmünü gözləyən “Barselona” müdafiəçi ilə bağlı qərar veriləndən sonra onu əfsanəsi kimi görmək istəməyib.

Qeyd edək ki, braziliyalı 2008-16 və 2021-22-ci illərdə oynadığı “Barselona”da 6 dəfə İspaniya çempionu, 4 dəfə İspaniya kuboku, 4 dəfə Superkubok, 3 dəfə Çempionlar kuboku və UEFA Superkubokunu qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR