İnsanlara hürriyət, millətlərə istiqlal!

Barışıq əli vaxtında sıxılmayanda... yumruğa çevrilir! – 26 illik danışıqlar dərs olmadı?  

839 13.07.2024 12:57 Siyasət A A

Ermənistanda son rəy sorğuları əhalinin cəmi 3 faizinin ağıllandığını üzə çıxarıb. ABŞ şirkəti “Gallup”un təşkil elədiyi mini-referendum məhz bu qədər faiz erməninin hazırkı konstitusiyanı dəyişdirmək tərəfdarı olduğunu göstərib.

Hansı konstitusiyada ki, Azərbaycan və Türkiyəyə açıq-aşkar, son dərəcə həyasız ərazi iddiaları əks olunub. 97 faiz (!) belə bir təxribatçı “Əsas qanun”un qalmasını istəyir!..

Nə demək, konstitusiya dəyişdirılə bilməz? O demək ki, hayların mütləq əksəriyyəti Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanımır və ilk fürsətdəcə “tarixi erməni torpaqları” uğrunda yenə müharibəyə başlayacaq. Bunun ayrı hansı anlamı ola bilər ki? Heç kim çörəyi qulağına yemir.

Bu həm də Rusiya kimi beynəlxalq hüquqa tüpürmək, ona meydan oxumaqdır. Hələ sırtıqcasına özlərini tez-tez işğalla mübarizə aparan Ukrayna ilə müqayisə edirlər.

İndi bir daha aydın oldumu ki, niyə erməni mediası hələ də işğaldan azad etdiyimiz rayon, şəhər və kənd adlarını eybəcər adlarla təqdim edir? Şuşanı nədən “Şuşi” şəklində yazırlar? Çünki azad etdiyimiz torpaqları axmaqcasına “işğal” hesab edir mənfur 97%-lik kütlə!

İndi gəl, belə bir xəstə toplumla sülh anlaşması əldə et. Problem ondadır ki, heç Nikol Paşinyan iqtidarı da “miatsum” virusundan tam qurtulmayıb. Yoxsa sülh müqaviləsi çoxdan imzalanardı. Bu xüsusda növbəti sübutu bir abzas sonra gətirəcəyik...

Təsəvvür edin, bunca bəla-müsibətlər hay məxluqatına dərs olmayıb. Bilə-bilə ki, daha bir ədalətsiz müharibədən Ermənistan adlı saxta dövlət, sadəcə, çıxmaya bilər. Bəzi iddialara görə, belə sorğularla erməni cəmiyyəti məqsədli şəkildə yönləndirilir. Kim, hansı qüvvə tərəfindən? Gerçəkdənmi Nikol Paşinyana Bakı ilə sülh məsələsində cəmiyyətin radikallığı lazımdır və nə üçün?

Yeri gəlmişkən, rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddiasından çəkmədiyinin daha bir sübutu: Ermənistan hökuməti az öncə “Şuşi texnologiya universiteti”nə lisenziya verib və onun fəaliyyətinin 1 sentyabrdan bərpa edilməsinə şərait yaradıb. Məlumatlara görə, “universitet” orta ali təhsil verəcək, yəni əslində kollecdir. Guya “məktəbin” müəllimi olduğunu bildirən Nairi Oxikyan ad-soyalı zat isə bunu vaxtilə “Qarabağda yaşayan mütəxəssislərin işlə təmin olunacaqları, bir yerdə olacaqları və “böyük qayıdış”a hazırlıq” kimi təqdim edib...

Bu da sizə indi saman altdan su yeridən “ən mötədil” erməni rəhbəri Paşinyan. Hələ də dəqiq bilinmir ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyib Cıdır düzündə “Yallı” gedən bu adam səmimi şəkildə Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışır, yoxsa öz faşist sələfləri kimi vaxt udub revanşa hazırlaşır?

Yəqin ki, məhz bu il sonuncu suala aydınlıq gələcək. Çünki konstitusiya referendumu çox gözləyə bilməz. Ona görə ki, “hərb, yoxsa sülh” məsələsinə birbaşa dəxli var.

Rəsmi Bakı Blinkenin köməkçisinin fikirlərini RƏDD ETDİ

Yaxud ən azından Bakı ilə imzalanacaq çərçivə sənədində konstitusiya dəyişikliyinin zəruriliyi haqda xüsusi bənd olmalıdır. Nikol həmin bənd olan sənədə imza atacaqmı? Atmazsa, deməli, o da 97%-in içində gedir...

“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməklə sülh olmur, olmayacaq. Ən vacibi bunu əməldə isbatlamaqdır. Yəni “A”dan sonra “B” gəlməlidir. Bizim tələsəcəyimiz bir şey yox. Hər necə olmasa, blokadadan əziyyət çəkən dalan ölkə biz deyilik. Zəngəzur dəhlizinin alternativ (Güney marşrutu) da bir azdan hazır olacaq. Kəsəsi, Azərbaycanın itirəcəyi bir şey yox.

Amma bu minvalla, vaxtilə Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın söylədiyi kimi, İrəvan indi təklif edilən üçün sabah yalvara bilər. Qısası, gecikmiş sülh müqaviləsi ən əvvəl Ermənistanın ziyanına olacaq...

Dəmir yumruq"- Zəfər salnaməmizin rəmzi

Təcrübə göstərir ki, barışıq əlini vaxtında sıxmaq lazımdır. Yoxsa havada çox qalmaz və yumruğa çevrilər. Növbəti “Dəmir yumruğ”a. 26 illik mənasız danışıqlar (1994-2020) görk olmadı?

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR