İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankomatdan pul çıxaran 62 yaşlı qadına qarşı quldurluq edildi

527 22.11.2022 12:55 Hadisə A A

Bakıda bankomatdan pul çıxaran 62 yaşlı qadına qarşı quldurluq edilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsindəki bankomatların birində 2 nəfərin paytaxt sakini olan 62 yaşlı qadına hesabından pulunu çıxarmalarına kömək etmələri, sonradan isə onu təqib edərək içərisində 283 manatı, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talaması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Orxan Cəfərov və Hacıqabul rayon sakini Əfqan Haqverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR