İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bank Respublika”nın Müşahidə Şurasının sədri ADB-nin vitse-prezidenti ilə görüşüb

871 21.09.2022 13:10 İqtisadiyyat A A

Ötən həftə dünyanın nüfuzlu banklarından biri - Asiya İnkişaf Bankının (ADB) geniş nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində ADB-in vitse-prezidenti Şiksin Çen ölkəmizdə əməkdaşlıq etdiyi özəl sektor nümayənədələri, xüsusilə bank sektorunun nümayənədələri ilə birgə görüş keçirib.

Görüşdə “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə bankın nümayəndə heyəti də iştirak edib. Tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf iqtiqamətləri, Bankın dövlət-özəl tərəfdaşlığı sahəsində texniki yardımı və qarşılıqlı maraq doğuran digər məsələlərı müzakirə ediblər.

ADB-in vitse-prezidenti Şiksin Çen Bankın ölkəmizlə əlaqələrin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini deyib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytındafacebookinstagramlinkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

c71386bb-1c10-3be0-8651-b5cb58b22235_850.jpg (102 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR