İnsanlara hürriyət, millətlərə istiqlal!

Balakəndə yeniyetmə 37 yaşlı kişini bıçaqlayıb

318 26.07.2023 14:56 Kriminal A A

Balakəndə 37 yaşlı kişi yeniyetmə tərəfindən bıçaqlanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qullar kənd sakini, 1986-cı il təvəllüdlü Ramil Şabanov çoxsaylı kəsilmiş və sıyrılmış xəsarətlə xəstəxanaya daxil olub. Ona xəstəxanada tibbi yardım göstərilib. Əldə olunan məlumata görə, hadisə gecə saatlarında rayonun Puştətala kəndində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, R.Şabanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR