İnsanlara hürriyət, millətlərə istiqlal!

"Baku Marriott Hotel Boulevard"dan rusiyalı biznesmen haqqında açıqlama

3069 23.08.2022 18:32 Gündəm A A

""Baku Marriott Hotel Boulevard" olaraq qonağımız cənab Bikovun otelimizdə həyata keçirdiyi ödəniş zamanı üzləşdiyi xoşagəlməz halla əlaqədar təəssüf hissi keçiririk".

Bu barədə hotelin ictimaiyyətlə Əlaqələr və Marketinq Kommunikasiya şöbəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib.

Məlumatda deyilir:

"Bildirmək istərdik ki, qonaqlarımızın haqqımızdakı rəyləri, müştəri məmnuniyyətimizi yaxşılaşdırmağımız baxımından bizim üçün hər zaman dəyərlidir. Mövzu ilə bağlı apardığımız daxili araşdırma nəticəsini və yaranan anlaşılmazlığı cənab Bikovu şəxsi görüşə dəvət edərək müzakirə etmək istərdik.

Ümid edirik ki, baş verən hadisəyə baxmayaraq, cənab Bikovu, daha yaxşı xidmət təcrübəsi yaşada bilməyimiz üçün ən yaxın zamanda yenidən otelimizdə görmək fürsəti əldə edərik".

Qeyd edək ki, Bu günlərdə rusiyalı məşhur biznesmen Artyom Bikov Bakıda səfərdə olub. O, Rusiya mətbuatına müsahibəsində Bakını tərifləsə də, qaldığı “Baku Marriott Hotel Boulevard”ın onun səfərini korladığını bildirib: “Hotel biabırçı idi. Personalın işini bəyənmədim. Onlar mənə iki hesab yazmağa cəhd etdilər. Bir hesabı ödədim. Birincini ləğv etməmiş gəlib ikinci hesabı yazdılar. Mənim isə hesabları yoxlamaq adətim var. Bu, eyni yeməyi iki dəfə satmaq cəhdi idi. Ciddi müəssisə, beynəlxalq şəbəkədir. Mən tamamilə məyus və narazı idim”, - Bikov deyib. O əlavə edib ki, hotelə qarşı şikayət hazırlayır.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR