İnsanlara hürriyət, millətlərə istiqlal!

"Baku Bus"ın sürücüsünə hücumun DETALLARI MƏLUM OLDU - VİDEO

1059 29.11.2022 13:12 Hadisə A A

Ötən gün "Baku Bus" sürücüsünə hücum edilib.

Noyabrın 28-i günorta saatlarında 13 nömrəli avtobusun sürücüsü S.Ələsgərov, taksi fəaliyyəti ilə məşğul olan N.Cəfərova yolun hərəkət hissəsində sərnişin mindirməklə hərəkətə maneə yaratdığından ona iradlarını bildirərkən N.Cəfərov tərəfindən təhqir olunaraq, döyülməsi barədə polis orqanına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, müraciətlə bağlı tərəflər polis orqanına dəvət olunub və izahatları alınıb.

"Hazırda məsələ ilə bağlı təhqiqat araşdırması aparılır. S. Ələsgərovun aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - deyə DİN rəsmisi bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR