İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qayıdan Kamil ilk onunla görüşdü - VİDEO

6426 22.02.2024 10:17 Gündəm A A

Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılandan sonra dünən sərbəst buraxılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.

K. Zeynallı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından ilk olaraq anasının evinə gəlib və onunla görüşüb.

Azərbaycan Prezidentinə xüsusi minnətdarlıq bildirən məşqçi bildirib ki, bu qədər tez zamanda Bakıya qayıdacağına inanmayıb. "Baku TV" Kamil Zeynallının evindən canlı yayıma qoşulub: "Cənab Prezidentə, daxili işlər nazirinə, Baş prokurora, Azərbaycanın Rusiyadakı səfiri Bolad Bülbüloğluna təşəkkür edirəm. Dövlətimiz sağ olsun".

K. Zeynallı qeyd edib ki, Moskvada polis bölməsində saxlayandan sonra onu erməni polis əməkdaşının nəzarətinə veriblər. Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR