İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya gələn məşhur DJ: “Gələcəkdə Azərbaycan musiqisindən faydalana bilərəm” - FOTO

619 30.04.2023 02:25 Son xəbər A A

“Paytaxtınız ildən-ilə daha da gözəlləşir və maraqlı olur”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün Bakıya səfər edən DJ Hardvel deyib.

Məşhur niderlandlı musiqiçi daha əvvəl də Azərbaycana gəldiyini söyləyib: “İlk dəfə 2019-cu ildə bu gözəl şəhərə səfər etmişəm. “Formula-1” yarışının bir parçası olmaq möhtəşəm hissdir. Dünənki konserti də izlədim. Yüksək səviyyədə təşkil olunmuşdu”.

“Red Bull” pilotu Maks Ferstappenlə eyni ölkədən olan Hardvel sabah onun yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: “Mən böyuk “Formuıa-1” fanatıyam. 2017-ci ildə Meksika Qran-prisində DJ kimi iştirak etmişəm”.

O, hələlik Azərbaycan mətbəxi ilə tanış olmadığını sözlərinə əlavə edib: “Sizin musiqisini dinləmək imkamım olmayib. Olacağı təqdirdə gələcəkdə bundan faydalana bilərəm”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR