İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində baş vermiş güclü yanğın söndürülüb VİDEO

1503 29.06.2022 00:45 Kriminal A A

Paytaxtın Nəsimi rayonunda baş vermiş yanğın söndürülüb.

Bu barədə hadisə yerində olan Baku TV-nin müxbiri məlumat verib.

Onun sözlərinə görə Rəsul Rza və Mrizağa Əliyev küçələrinin kəsişməsindəki yarımtikilədə başlamış yanğın daha sonra yaxınlıqdakı dayanacağa keçib və orada olan iki avtomobil yanaraq tamamilə yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürmə briqadası və Təcili Tibbi Yardım komandası cəlb edilib.

Yaxınlıqda olan sakinlər təhlükəsiz əraziyə təxilyə olunublar.

Güclü küləyə baxmayaraq, yanğın qısa zamanda öncə lokallaşdırılıb, daha sonra isə tamamilə söndürülüb və ərazidə soyutma işləri aparılıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

***

Paytaxtın Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Belə ki, hadisə Mirzəağa Əliyev və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən yarımtikilidə qeydə alınıb.

Yanğın yarımtikilinin yanında olan dayanacaqda dayanan avtomobillərə də keçib. Nəticədə iki avtomobil tamamən yarasız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR