İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Ermənistana son “xilas kəməri” - daha olmayacaq!

1563 03.10.2023 10:03 Siyasət A A

 

Prezident axırıncı xəbərdarlığını edib; batan Ermənistan bu şansı da qaçırsa...; Qrenada sammiti sülh müqaviləsi üçün təkan olacaqmı? - analitiklərdən maraqlı gözləntilər

İspaniyanın Qranada şəhərində liderlərin “beşli format”da 5 oktyabr görüşünə iki gün qaldı. Doğrudur, masada Fransa prezidenti Emmanuel Makron varkən nikbinliyə əsaslar azalır, əgər tamamən yox olmursa. Ancaq 20 sentyabr antiterror tədbirlərindən, 28 sentyabrda sərsəm “artsax” ideyasının həmişəlik dəfnindən sonra bölgədə unikal bir vəziyyət, Ermənistan üçün isə tarixi şans yaranıb ki, İrəvan, nəhayət, iki əsas qonşusu ilə xalqı naminə düşmənçilik səhifəsini qapatsın.

Əgər Fransa həqiqətən “kiçik bacı”sının dincliyini, rifah və xoşbəxtliyini istəyirsə, onda anlamalıdır ki, bunun üçün bəlkə də axırıncı, tarixi fürsətdir. Onu qaçırmaq axmaqlıq olardı. Bu mənada Qrenada sammiti tezliklə, yaxud ilin sonunadək sülh müqaviləsinin imzalanması üçün mühüm təkan olmalıdır. Olacaqmı?

Söyləmək çətindir. O səbəbə ki, yenə çox şey Ermənistan rəhbərinin nə dərəcədə adekvat davranıb müstəqil qərar verə biləcəyindən asılıdır. Əfsus ki, baş nazir Nikol Paşinyan sammit ərəfəsi yenidən Azərbaycanı Qarabağda etnik təmizləmə siyasəti aparmaqda suçlayıb. Bu da ümidləri azaldır ki, artırmır...

*****

Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik” - - Ayna.az

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftəsonu  Zəngilanda keçirilən forumun açılış mərasimində çıxışı zamanı bildirdi ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən “Qarabağ Ermənistandır!” bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il - red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır. Yəni əslində rəsmi Bakı Paşinyan hökumətinin yaşananlardan dərs götürüb yeganə düzgün qərarı verəcəyinə ümidini itirməyib. Qərar isə yalnız Azərbaycanın təklif elədiyi 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalamaqla bağlı ola bilər. Özü də maksimum tez. Çünki zaman demək olar, qalmayıb.

“Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır. Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bu yükdən qurtuldular. Əgər Nikol Paşinyanın məntiqi varsa, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar. Doğrudur, bu halda erməni lobbisi və yerli radikallar ona mane olmağa çalışacaq. Ancaq Paşinyan hələ də cəmiyyətinin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu, Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin”.

İki türk dövlətinin şok Zəngəzur planı: dəhlizə əsas əngəl belə götürüləcək

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Qarabağdan ermənilərin kütləvi köçü 2 ilin sonunu gözləmədən Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini sürətləndirəcək, qalmağın mənası yoxdur: “Biz tək separatizm üzərində qələbə çalmadıq, erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə zərbə vurduq. Ermənilər arasında dərin fikir ayrılığı yaranıb”.

Ayrı sözlə, Paşinyan gerçəkdən qonşu ölkələrlə barışıq istəyirsə, həqiqətən bundan yaxşı fürsət olmayacaq. Qarabağın bütünü üzərində öz suverenliyini bərpa edən Bakı İrəvana faktiki sonuncu “xilas kəməri”ni atıb. Götürüb-götürməmək artıq bizim problem deyil...

*****

“Moskvanın Azərbaycan və Ermənistanda öz hərbi mövcudluğunu saxlamaq üçün Qarabağdakı münaqişəni uzatmaq istəyi nə qədər güclü olsa da, 2025-ci ilə qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlanacaq və Ermənistan-Türkiyə sərhədi açılacaq”.

Musavat.com xəbər verir ki, belə bir ehtimalı Türkiyənin tanınmış politoloqu İrfan Kaya Ülger Qarabağ və Cənubi Qafqaz regionunda yaranmış yeni vəziyyəti Haqqin.az-a şərh edərkən irəli sürüb.

Ekspertin sözlərinə görə, Paşinyan hələ ki Azərbaycanla müharibənin, Türkiyə ilə isə qarşıdurmanın davamını nəzərdə tutan “Böyük Ermənistan” layihəsindən kifayət qədər yorulmuş erməni elektoratının əksəriyyətinin dəstəyinə malikdir. Politoloq hesab edir ki, Azərbaycan Qarabağın dağlıq hissəsində nəzarətsiz vəziyyətə son qoymaqla, Qarabağı Gəncə və ya Xaçmazla eyni, adi bölgəyə çevirməklə son dərəcə mühüm tarixi məqama yaxınlaşıb.

*****

“Düşünürəm ki, biz təkcə Azərbaycan xalqını deyil, Qarabağ avantürasına görə tarixi inkişafın dalanına yuvarlanmış erməni xalqını da təbrik edə bilərik. Ermənistan xarici güclərin, xüsusən də Fransa və Rusiyanın siyasi oyunlarının obyektinə çevrilib. İndi isə o, nəhayət, öz həyatını, inkişafını özü müəyyən edən, kənar havadarlardan, sponsorlardan asılı olmayan ölkəyə çevrilməlidir”.

Bunu isə israilli publisist və tarixçi David Eydelman deyib.

Zəngəzur dəhlizi ilə bağlı B planı: Avropada yeni gündəm... » "Dünya"  informasiya agentliyi

Ancaq bundan ötrü onun əminliyinə görə, İrəvan Bakı və Ankara ilə təcili təmaslar axtarmalıdır. “Ona görə ki, bu iki qonşu ilə münasibətlər Moskva, Paris və Vaşinqtondan qat-qat vacibdir. Əslində Ermənistan bir az ağıllı olsaydı, Qarabağı özü çoxdan geri qaytara və firavan gələcək qurmaq yoluna qədəm qoyardı”, - yəhudi analitik əlavə edib.

Öz növbəsində gürcü ekspert Simon Kopadze Azərbaycanın öz ərazi bütövlüyünün tam bərpa eləməsini bu tip münaqişələr tarixində ən böyük töhfə verdiyini düşünür. “Cənubi Qafqazda xarici güclərin süni şəkildə yaratdığı ən qanlı münaqişə öz həllini tapdı. Qarabağ probleminin həlli, "artsax"ın ləğvi hətta Ermənistanın özü üçün də son dərəcə faydalı sonluqdur. Çünki o, nəhayət, öz xarici siyasətini müəyyənləşdirməyə başlayacaq və kiminsə maraqlarının aləti olmaqdan çıxacaq. Ermənilər qarşıdakı uzun illər üçün belə bir ağır dərs aldılar ki, qonşularla heç vaxt mübahisə etmək olmaz, onlarla üz-üzə gəlmək üçün kənar tərəfdaşlar axtarmaq olmaz. Əksinə, qonşularla birlikdə regionun kollektiv təhlükəsizliyini qurmaq lazımdır. Bu, daha ağıllı və səmərəli yoldur".

Xüsusən də bölgənin lider və açar ölkəsi Azərbaycanla...

Rusiyalı tanınmış analitik Qriqori Trofimçuk isə hesab edir ki, 20 sentyabrdan sonra regiona görə məsuliyyət Azərbaycana keçib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Minval.az-a açıqlamasında söyləyib.

“Artıq rus mətnlərində də "artsax" sözünü rəsmən dırnağa almaq olar. Ancaq arxayınlaşmaq üçün hələ tezdir. Qaçqınlar Ermənistana qaçıb, hansı ki, o, bu sayda evsiz əhalini “həzm etmək” iqtidarında deyil. Bu mərhələdə münaqişə bitib. Ancaq yalnız bu mərhələdə. Çünki Bakı ən azı bütün region üçün məsuliyyəti öz üzərinə götürməlidir ki, heç kim Cənubi Qafqaza növbəti “bomba”nı gətirməsin", - Trofimçuk vurğulayıb.

Ancaq artıq hamı əmin ola bilər: Azərbaycan qardaş Türkiyə ilə tandemdə buna bir daha imkan verməyəcək...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR