İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını bir-birinə vuran motosiklet sürücüsü həbs olundu - FOTO

1963 24.07.2023 03:06 Kriminal A A

Ötən gün Bakıda gecə saatlarında motosikleti nömrəsiz və dəbilqəsiz idarə edən avtoxuliqan saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, şəhərin mərkəzi küçə və prospektlərində davamlı olaraq avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü polisin qanuni “saxla” əmrinə tabe olmayıb.

Həmin sürücü aparılan tədbirlər nəticəsində Bakı Şəhər Dövlət Yol Polisinin moto tağımının əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Sürücü Yusif Akif oğlu Cəfərov barəsində toplanan materiallar və videogörüntülər Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.Cəfərov 10 sutka müddətinə həbs olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR