İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Şarm əl-Şeyxə reyslər artırılır

679 11.08.2023 17:56 Son xəbər A A

"Azərbaycan Hava Yolları" (AZAL) QSC "PAŞA Travel" MMC ilə birlikdə Misirin Şarm əl-Şeyx şəhərinə çarter reyslərinin sayını artıracaq.

Bu barədə Musavat.com-a AZAL-dan bildirilib.

Məlumata görə, noyabrın 4-dən Bakıdan Şarm əl-Şeyxə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri www.azal.az saytından, AZAL mobil tətbiqi vasitəsilə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Misirə turlar Azərbaycanın bütün turizm agentliklərində də satışa çıxarılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR