İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan “Freedom House”a şillə kimi cavab

1014 02.03.2024 11:31 Gündəm A A

Erməni lobbisinin maşası öz ampluasında; deputat: “Maskalarının cırılması həm də bizim xeyrimizə işləyir, çünki...”

Mənzil-qərargahı ABŞ-da yerləşən və erməni lobbisinin təsiri altında olduğu çoxdan şəkk-şübhə doğurmayan, ancaq buna rəğmən, özünü utanmazcasına “beynəlxalq insan haqları təşkilatı” adlandıran “Freedom House” öz ampluasına sadiqdir. Qurumun son, xüsusən də Azərbaycan və Türkiyə ilə bağlı növbəti qərəzli, əsassız və iyrənc hesabatı bunu bir daha təsdiqləyir.

“Freedom House”un demokratiya, insan haqları və seçkilərlə bağlı ənənəvi çeynənmiş, hamını bezdirən şablon ittihamları öz yerində, “sənəddə” diqqəti xüsusilə erməni diktəsinin daha qabarıq göründüyü aşağıdakı sırtıqlıq cəlb edir.

Sitat: “Ötən ilin sentyabrında Dağlıq Qarabağın (?! - red.) Azərbaycan rejimi (?! - red.) tərəfindən blokadaya alınması yerli hakimiyyət orqanlarının (?! - red.) ləğvinə və 120 mindən çox (?! - red.) erməninin məcburi köçkünlüyünə gətirib çıxardı ki, bunu da bir çox xarici müşahidəçilər etnik təmizləmə (?! - red.) adlandırırdı. Hücum Azərbaycanda avtoritar repressiyaların dərinləşməsi ilə üst-üstə düşdü. 1990-cı illərdən bəri (?! - red.) hökumət etnik ermənilərə qarşı ayrı-seçkiliyə yol verən siyasət yürüdür, Ermənistan vətəndaşları və onların övladlarının ölkəyə girişi qadağan edilir. Dağlıq Qarabağın ələ keçirilməsi (?! - red.) Prezident İlham Əliyevin ölkədəki nüfuzunu artırıb və cəsarətlənən Azərbaycan rəhbərliyinin Ermənistana genişmiqyaslı hücuma başlaya biləcəyindən yana qorxuları artırıb. O Ermənistan ki, artıq sərhədləri pozulub(?! - red.)”

120 min rəqəminə, “Dağlıq Qarabağ”, “etnik təmizləmə” ifadələrinə, həmçinin “Azərbaycan rejimi” (legitim hakimiyyət belə adlandırılır), “yerli hakimiyyət orqanları” (separatçı qurum isə əksinə, legitimləşdirilir) ifadələrinə, nəhayət, separatçı-xuntaçılara qarşı Bakının apardığı qanuni antiterror əməliyyatının “Dağlıq Qarabağın işğalı” kimi təqdim olunmasına diqqət! Sanki Azərbaycan özü-özünə təcavüz edib, öz ərazisini işğal edib.

Təbii ki, torpaqlarımızın 20 faizinin 30 il erməni işğalı altında saxlanması, 1 milyon vətəndaşımızın qaçqın-köçkün düşməsi, Azərbaycan sərhədlərinin toxunulmaz olması barədə hesabatda bircə kəlmə yoxdur. Çünki bizim suverenliyimiz və ərazi bütövlüyümüz gözünü “ikili standart”ların çoxdan tutduğu bu üzdəniraq “insan haqları” təşkilatının, anti-Türk, islamofob yığnağın vecinə də deyil.

Bu azmış kimi, 100 min könüllü köçkün artıq “120 min” olub! Avropa İttifaqının xarici məsələlər üzrə komissarı Cozef Borel hətta 150 min rəqəmini işlətmişdi.

Deputat Vüqar İskəndərov Şəkidə vətəndaş qəbulu keçirib

Deputat Vüqar İskəndərov “Yeni Müsavat”a şərhində qeyd etdi ki, sözügedən hesabat qərəzlidir və siyasi əxlaqsızlıqla doludur: “Bu cür hesabatın hazırlanması onu deməyə əsas verir ki, Avropada, ümumiyyətlə, Qərbdə Azərbaycanın inkişaf etməsini, nüfuzunun artmasını heç cür qəbul etmirlər. Bu, xristian təəssübkeşliyidir, Azərbaycanın, Türkiyənin dünyada artan nüfuzunu gözügötürməzlikdir, bütün humanitar hüququn ayaq altına alınmasıdır. Təbii ki, belə bəyanatların Azərbaycanın inkişafına heç bir təsiri ola bilməz. Sadəcə olaraq, dünyanın ədalətsiz idarə olunmasına cəhdlər var. Ayrı-ayrı ölkələrdə baş verən hadisələrə reaksiyada kimlərin diqtəsi, öz maraqları çərçivəsində, istədikləri formada manipulyasiyası açıq-aydın ortadadır. Bu təşkilatların, bəzi qüvvələrin və ölkələrin maskasının cırılması həm də bizim xeyrimizə işləyir, dostumuzun, düşmənimizin kim olduğunu yaxşı görürük. Təbii ki, siyasilər pərdə arxasında hansı oyunların getdiyini öncədən biliblər. Ulu öndər Heydər Əliyev dəfələrlə bu təşkilatların, bir qrup dövlətin belə siyasətinə etiraz edirdi, beynəlxalq platformalarda onların iç üzünü açıb göstərirdi. Hər halda, torpaqlarımız işğal altında olan zaman onlar bir az yumşaq formada bunu Azərbaycana unutdurmağa çalışırdılar. Hər hansı loyal fikirlərlə gedişatı zamana buraxırdılar. Onlar güman edirdilər ki, vaxt ötdükcə yeni doğulan azərbaycanlılar bu yaraları unudacaqlar, ermənilərin separatçı fəaliyyətləri qanuniləşəcək və Azərbaycan bununla barışacaq. Təbii ki, Azərbaycan bütün bunları bilirdi, bütün sahələrdə hazırlaşırdı. Beynəlxalq hüququ, onun norma və prinsiplərini, hətta ilahi ədaləti də Azərbaycan öz gücü ilə bərpa etdi. Gözlərini açıb yaxşı baxsınlar. Onların danışdığı, yazdığı bu bəyanatlar zibil qutusuna atılmalıdır. Onlar bu fikirləri ilə yalnız özlərinin məkrlərini, yanaşmalarını ortaya qoyaraq kimin kim olduğunu bir daha bütün dünyaya göstərirlər. Azərbaycan isə daha da güclənir, müqaviməti artır”.

Bu proses Moskvada razılaşma əldə olunana qədər davam edəcək” - SENSASİON  DETALLAR

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə dedi ki, "Freedom House" ABŞ-ın Dövlət Departamentindən birbaşa subsidiya alır. Buna görə də Azərbaycana qarşı davamlı, qərəzli mövqe nümayiş etdirir: “Təbii ki, 30 il ərzində ərazilərimiz işğal altında olanda, xalqımız soyqırıma məruz qalanda, müharibə cinayətləri törədiləndə təşkilat heç vaxt bu barədə yazmırdı. Ümumiyyətlə, son dövrlər hazırlanan hesabatlarda böhtan və saxta fikirləri söyləməkdədirlər. Buna görə də "Freedom House"u müstəqil qurum kimi qəbul etməməliyik. Onlar hər zaman bizə qarşı qərəzli olublar və olacaqlar, çünki onlara verilən sifariş belədir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR