İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yetkinlik yaşına çatmayanlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıb

565 10.11.2022 11:35 Kriminal A A

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha 3 nəfər saxlanılıb.

Bu barədə Musavat.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800 və 300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər.

Faktlarla bağlı Oruc Abbasov və digərləri barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

"Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdrəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR