İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yeni doğulan uşağı göstərmədilər, ata intihar etdi

1186 21.11.2022 11:00 Hadisə A A

Bakıda özünü yandıran kişi ölüb.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində qeydə alınıb. 34 yaşlı Hacıyev Əfqan Xanlar oğlu yaşadığı evdə benzin tökərək özünü yandırıb.

O, dərhal xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ə.Hacıyev xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə, Əfqanın yeni körpəsi doğulub. Lakin uşağı ona göstərməyiblər. O da bu səbəbdən özünü yandırıb.

Hazırda faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırmadan sonra bilinəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR