İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - SİYAHI

3285 24.06.2024 10:28 Ölkə A A

Paytaxtın Xəzər rayonun Şüvəlan qəsəbəsində silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib. R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR