İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Rusiya ordusunda döyüşmək üçün könüllülər axtarılır?- DİN-dən AÇIQLAMA

3532 05.04.2023 17:13 Son xəbər A A

Bakıda Rusiya ordusunda döyüşmək üçün könüllülər axtarılır.  

Musavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, iddialara görə könüllülərin Rusiya ordusuna cəlb edilməsi ilə bağlı küçələrdə bukletlər paylanılır. Həmin vərəqələrin üzərində, Rusiya ordusunda döyüşmək müqavilində yüksək pul müavinatı, sosial təminatın yaxşılaşdırılması kimi vədlər qeyd olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. 

Polis polkovnik-leytenantı Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisədən xəbərdardırlar. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. 

Bakıda Rusiya ordusunda döyüşmək üçün könüllülər axtarılır?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR